Asan Aç

Vətən Müharibəsinin 2-ci ildönümü ilə bağlı "Könüllü Qaliblər" proqramına start verilib

14 oktyabr 2022, 16:17
A+ A-
Vətən Müharibəsinin 2-ci ildönümü ilə bağlı

Vətən Müharibəsinin 2-ci ildönümünə həsr olunan “Könüllü Qaliblər” proqramının təqdimatı və layihənin ilk komponentinə həsr olunan tədbir keçirilib. Tədbirdə çıxış edən DOST Agentliyinin İdarə Heyətinin sədr müavini Seymur Alıyev proqram haqqında ətraflı məlumat verib. Bildirilib ki, proqramının ilk komponenti olaraq “Könüllü Klublar” layihəsi çərçivəsində ƏƏSMN-nin müxtəlif qurumlarında çalışan 16 əməkdaşın iştirakı ilə panel müzakirələrə start verilir.

DOST Agentliyinin İdarə Heyəti sədrinin müşaviri, I Qarabağ müharibəsinin iştirakçısı Çingiz Əliyev, Sosial Xidmətlər Agentliyinin Sosial sifarişlər və layihələr departamentinin müdir müavini, Vətən Müharibəsi iştirakçısı Fərhad Allahverdizadə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinin sektor müdiri, Vətən Müharibəsi iştirakçısı Nizami Hüseynli və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Hüquq, kadrlar və daxili nəzarət şöbəsinin böyük mütəxəssisi, Vətən Müharibəsi iştirakçısı Bəhruz Mirzəyev də panel müzakirələrə qoşulub.

Görüş zamanı müharibə iştirakçıları həmin dövrdən, müharibə zamanı yaşadıqları maraqlı hadisələrdən danışıb, “Könüllü DOST”larımızın suallarını cavablandırıblar.

Qeyd edək ki, layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi, "Könüllü DOST" proqramının təşkilatçılığı ilə həyata keçirilir. Proqram Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, o cümlədən, nazirliyin tabeliyində olan qurumlarda fəaliyyət göstərən müharibə veteranları və şəhid ailə üzvlərini əhatə edir. Panel müzakirələrin Zəfər Gününə kimi keçirilməsi nəzərdə tutulur.

Proqramın digər komponentləri çərçivəsində müharibə veteranı, şəhid ailə üzvü və Vətən Müharibəsində iştirak edən digər əməkdaşlarımıza könüllülər tərəfindən simvolik hədiyyələrin təqdim olunması, xatirə şəkillərinin çəkilməsi və açıqcaların yazılması, xatirə şəkillərinin və açıqcaların hazırlanan “Yaddaş lövhəsi”nə asılması, eləcə də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçiriləcək “Hərə bir qəhrəman oldu!” tədbirində “Xəyalpərvər oğlanlar” tamaşası və “Zəfər Günü” ilə bağlı konsert proqramının təşkili nəzərdə tutulur.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi