DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov şəhid Məmmədli Namiq Ağəmməd oğlunun Bərdə rayonu, Təhlə kəndində yaşayan ailəsini ziyarət edib.
Namiq Məmmədli Ermənistan silahlı qüvvələrinin 12-14 sentyabr tarixlərində törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalıb.
Ailə ilə görüşdə onun şərəfli döyüş yolundan bəhs olunub, xatirəsi anılıb. Şəhid ailələri ilə bağlı genişmiqyaslı sosial dəstək tədbirlərinin həyata keçirildiyi, şəhidimizin ailəsinin də daim sosial dəstək tədbirləri ilə əhatə olunacağı qeyd olunub.
Şəhid ailəsi ziyarət üçün təşəkkür edib, onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılığını bildirib.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi