Asan Aç

Rumıniyanın Azərbaycandakı səfiri DOST Agentliyində olub

17 oktyabr 2022, 13:40
A+ A-
Rumıniyanın Azərbaycandakı səfiri DOST Agentliyində olub

DOST Agentliyində Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare ilə görüş olub.

Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qonaqlara DOST Konsepsiyası haqqında məlumat verib. O, qeyd edib ki, DOST mərkəzlərində əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta, sosial rifah, təlim və s. üzrə 154 növ xidmət göstərilir. Bu xidmətlər “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunur. Fərid Məmmədov 2025-ci ilə qədər ölkəmizdə 17 DOST mərkəzi və 55 DOST filialının fəaliyyətə başlayacağını, bununla da DOST xidmətlərinin bütün Azərbaycan ərazisini əhatə edəcəyini bildirib. Ölkəmizdə aparılan sosial islahatlar barədə məlumat verən İdarə Heyətinin sədri sosial sahədə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin qarşılıqlı fayda verəcəyini vurğulayıb.

Görüş zamanı DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədovun başçılıq etdiyi nümayəndə heyətinin Rumıniyaya rəsmi səfəri və Rumıniyanın Əmək və Sosial Siyasət (Həmrəylik) naziri Marius-Konstantin Budainin noyabr ayında Azərbaycana gözlənilən səfəri müzakirə edilib, qarşılıqlı əməkdaşlıq perspektivləri haqqında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşün əsas məqsədi DOST Agentliyinin fəaliyyəti, iş prinsipləri ilə tanış olmaq olub. Qonaqlar görüşdən məmnun qaldıqlarını bildiriblər.

Rumıniyanın Azərbaycandakı səfiri DOST Agentliyində olub
Rumıniyanın Azərbaycandakı səfiri DOST Agentliyində olub
Rumıniyanın Azərbaycandakı səfiri DOST Agentliyində olub
Rumıniyanın Azərbaycandakı səfiri DOST Agentliyində olub

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi