Asan Aç

Dünya Bankının ekspert missiyasının üzvləri DOST Agentliyində olublar

25 oktyabr 2022, 15:52
A+ A-
Dünya Bankının ekspert missiyasının üzvləri DOST Agentliyində olublar

Mariyana Yasareviçin rəhbərliyi ilə Dünya Bankının sosial müdafiə sahəsində ekspert missiyası DOST Agentliyi və 1 saylı Bakı DOST Mərkəzini ziyarət ediblər. Qonaqlar mərkəzdə göstərilən xidmətlər barədə məlumat alıblar.

DOST Agentliyinin Məlumatların idarə edilməsi və təhlil departamentinin müdiri Şahin Zülfüqarov, DOST Xidmətləri departamentinin müdir müavini Vasif Qəribov və Strateji planlaşdırma, beynəlxalq əlaqələr və layihələr departamentinin Strateji planlaşdırma şöbəsinin müdiri Bəhruz Əhmədov qonaqları DOST xidmət modeli və xidmət göstərilmə prosesi ilə tanış ediblər. Qeyd olunub ki, DOST mərkəzlərində əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta, sosial rifah və s. üzrə 154 növ xidmət göstərilir. Bu xidmətlər “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunur.

Daha sonra DOST Agentliyinin fəaliyyəti haqqında təqdimat edilib, Agentliyin fəaliyyətinin hüquqi əsasları, göstərilən xidmətlər, o cümlədən pensiya, məşğulluq, evdə sosial xidmətlər, sosial işçilərin hazırlanması ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, 2025-ci ilə qədər ölkəmizdə 17 DOST mərkəzi və 55 DOST filialı fəaliyyət göstərəcək.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi