Asan Aç

Çili ilə sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlıq müzakirə olunub

27 oktyabr 2022, 09:41
A+ A-
Çili ilə sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlıq müzakirə olunub

Mərakeşdə keçirilən Dünya Sosial Təminat Forumu çərçivəsində DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Çili Respublikasından olan nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Çilinin "Mutual de Seguridad" təşkilatının icraçı direktoru Felipe Bunster Eçeniqe və əməyin təhlükəsizliyi və sağlamlıq üzrə meneceri Hektor Xaramiyo Qutieres ilə sosial sahədə əməkdaşlıq, təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparılıb. Fərid Məmmədov DOST konsepsiyası haqqında məlumat verib, göstərilən xidmətlər, vətəndaş məmnunluğuna hesablanan fəaliyyətlər, innovativ yeniliklər, həmçinin Agentliyin beynəlxalq uğurları barədə danışıb.

DOST konsepsiyasının hazırlanmasında Çili təcrübəsinin istifadəsini nəzərə alaraq, bu istiqamətdə Çili ilə sosial müdafiə və məşğulluq sahəsində "bir pəncərə" modelində inzibatçılıq və idarəetmə üzrə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi barədə razılığa gəlinib.

Qeyd edək ki, "Mutual de Seguridad" Çili Respublikasında sosial müdafiə sahəsində əhaliyə müxtəlif xidmətlər göstərən qurumdur. Təşkilat vətəndaşların rifah halının yüksəldilməsi, həyat və sağlamlıqlarının qorunması, iş mühitinin yaxşılaşdırılması, həmçinin sığorta, ətraf mühit və əməyin təhlükəsizliyi sahəsində "bir pəncərə" prinsipi ilə fəaliyyət göstərir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi