Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.
Hüquq departamentinin müdir müavini Aydan Salıfova “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində daxili aktların hazırlanmasına dair prosedur”, eləcə də “Məhkəmə işləri üzrə qeydiyyat, nümayəndəlik və hesabatların tərtib edilməsinə dair prosedur”un təsdiq edilməsi ilə bağlı məruzə ilə çıxış edib.
Daha sonra Maliyyə və mühasibatlıq departamentinin Hesabatlılıq və təhlil şöbəsinin müdiri Ceyhun Yusifov və Satınalmalar və təminat departamentinin müdir müavini İlqar Mehdiyev tərəfindən DOST Agentliyinin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesabatların təqdimatı olub.
İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, bu istiqamətdə müvafiq tapşırıqlarını verib.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi