Asan Aç

Rumıniya nümayəndə heyəti Azərbaycanın DOST təcrübəsi ilə tanış oldu

1 noyabr 2022, 18:01
A+ A-
Rumıniya nümayəndə heyəti Azərbaycanın DOST təcrübəsi ilə tanış oldu

Ölkəmizdə səfərdə olan Rumıniyanın əmək və sosial həmrəylik naziri Marius-Konstantin Budeyin rəhbərlik etdiyi nümayəndə heyəti 1 saylı DOST Mərkəzi ilə tanış olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST Agentliyinin ölkəmizdə dövlət sosial xidmətlər sisteminə gətirdiyi innovativ yeniliklər, vətəndaş məmnunluğuna imkan verən DOST modelinin üstünlükləri barədə məlumat verib.

Qeyd olunub ki, DOST konsepsiyası Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsüdür. Bu konsepsiya Azərbaycanda dövlət sosial xidmətlərindən ibarət 153 xidmətin “bir pəncərə”dən, tam şəffaf, çevik, vətəndaş rahatlığı və məmnunluğu prinsipinə uyğun qurulmasına imkan verib. Vətəndaşların DOST mərkəzlərində onlara göstərilən xidmətlərdən məmnunluq səviyyəsi isə 98,2 faizdir.

Nümayəndə heyəti mərkəzdə xidmət bölmələri, xidmətlərin göstərilməsi prosesi, mərkəzdəki  vahid əlaqələndirmə mərkəzi ilə tanış olublar.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tərəfindən qonaqlar üçün DOST konsepsiyasına dair təqdimat edilib.

Rumıniya nümayəndə heyətinin səfəri çərçivəsində S.Babayev və M.K.Budey 2023-2024-ci illər üzrə Rumıniyanın Əmək və Sosial Həmrəylik Nazirliyi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq istiqamətlərini müəyyən edən Fəaliyyət Planını imzalayıblar.

Sənəddə DOST təcrübəsinin Rumıniyada tətbiqi perspektivlərinin dəyərləndirilməsi də əksini tapır.

Rumıniya nümayəndə heyəti Azərbaycanın DOST təcrübəsi ilə tanış oldu
Rumıniya nümayəndə heyəti Azərbaycanın DOST təcrübəsi ilə tanış oldu
Rumıniya nümayəndə heyəti Azərbaycanın DOST təcrübəsi ilə tanış oldu
Rumıniya nümayəndə heyəti Azərbaycanın DOST təcrübəsi ilə tanış oldu
Rumıniya nümayəndə heyəti Azərbaycanın DOST təcrübəsi ilə tanış oldu
Rumıniya nümayəndə heyəti Azərbaycanın DOST təcrübəsi ilə tanış oldu

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi