Asan Aç

İŞKUR-un nümayəndə heyəti DOST Agentliyində olub

4 noyabr 2022, 17:14
A+ A-
İŞKUR-un nümayəndə heyəti DOST Agentliyində olub

Türkiyə İş Qurumu Baş İdarəsinin (İŞKUR) müdir müavini Samet Güneşin rəhbərlik etdiyi nümayəndə heyəti DOST Agentliyində olub. Qonaqlara əvvəlcə DOST modeli haqqında ümumi məlumat verilib, mərkəzlərin iş prinsipi izah olunub.

Daha sonra geniş tərkibdə keçirilən görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST konsepsiyası barədə geniş təqdimatla çıxış edib. O bildirib ki, rəhbərlik etdiyi qurumun əsas məqsədi sosial təminat və məşğulluq sahəsində vətəndaş məmnunluğunun təmin edilməsidir. Qısa müddət ərzində sosial sahədə brendə çevrilən DOST-un fəaliyyətinin bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi qonaqların diqqətinə çatdırılıb.

Həmçinin məşğulluq, sosial müdafiə və təminat xidmətləri sahəsində qlobal trendlər, blokçeyn texnologiyalarının bu trendlərə təsiri imkanları, Agentlikdə vətəndaşlara göstərilən xidmətlərin, o cümlədən məşğulluq xidmətlərinin həyata keçirilmə prosesləri, insan resurslarının idarə edilməsi və könüllülük proqramları ilə bağlı məsələlər barədə geniş fikir mübadiləsi aparılıb, qonaqların sualları cavablandırılıb.

Qeyd edək ki, İŞKUR Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi (Çalışma və Sosyal Güvenlik Bakanlığı) nəzdində fəaliyyət göstərir. Təşkilatın fəaliyyətinin əsas məqsədi məşğulluğun təmin edilməsi, işsizliyin qarşısının alınması istiqamətində fəaliyyətlərə dəstək olmaq və işsizlik sığortası xidmətlərini həyata keçirməkdir. Görüş Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə baş tutub.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi