Asan Aç

“Könüllü Qaliblər” proqramı davam edir

4 noyabr 2022, 17:59
A+ A-
“Könüllü Qaliblər” proqramı davam edir

Vətən Müharibəsinin 2-ci ildönümünə həsr olunan “Könüllü Qaliblər” proqramının “Könüllü Klublar” layihəsi çərçivəsində son panel müzakirə keçirilib.

Tədbir iştirakçılarına əvvəlcə proqram haqqında ətraflı məlumat verilib. Bildirilib ki, “Könüllü Klublar” layihəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) qurumlarında çalışan əməkdaşların iştirakı ilə müxtəlif panel müzakirələr təşkil olunub.

Vətən Müharibəsi iştirakçıları, ƏƏSMN-in Dövlət qulluğu və kadr məsələləri şöbəsinin Səfərbərlik və məxfi kargüzarlıq sektorunun müdiri Kamil Balakişiyev, 3 saylı Bakı DOST Mərkəzinin Xidmətlər şöbəsinin müdiri Tural Əsgərov, Sosial Xidmətlər Agentliyinin Şəhid ailələləri və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərlə iş şöbəsinin mütəxəssisi Emin Piriyev və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının böyük mütəxəssisi Saleh Ağayev də panel müzakirələrə qoşulub.

Görüş zamanı müharibə iştirakçıları həmin dövrdən, müharibə zamanı yaşadıqları maraqlı hadisələrdən danışıb, “Könüllü DOST”ların suallarını cavablandırıblar.

Qeyd edək ki, layihə ƏƏSMN-in dəstəyi, "Könüllü DOST" proqramının təşkilatçılığı ilə həyata keçirilir. Proqram ƏƏSMN, o cümlədən, nazirliyin tabeliyində olan qurumlarda fəaliyyət göstərən müharibə veteranları və şəhid ailə üzvlərini əhatə edir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi