Asan Aç

“Könüllü Qaliblər” proqramının yekun tədbiri keçirildi

11 noyabr 2022, 17:58
A+ A-
“Könüllü Qaliblər” proqramının yekun tədbiri keçirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin “Könüllü Qaliblər” proqramının yekun tədbiri keçirilib. 

Nazirliyin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində bununla bağlı keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov və b. iştirak ediblər. İştirakçılar əvvəlcə Mərkəzin foyesində “Yaddaş lövhəsi” və DOST Agentliyinin əməkdaşı A.Məmmədovanın həyat yoldaşı şəhid Məmmədov Murad Yaşar oğlunun rəsm sərgisi ilə tanış olublar.

Tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. “Könüllü Qaliblər” proqramına dair hesabat və videoçarx təqdim olunub. 

S.Babayev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərdən bəhs edib. Nazir postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən sosial dəstək tədbirlərini diqqətə çatdırıb.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsinin ildönümü ilə bağlı Nazirlik tərəfindən həyata keçirilən tədbirlərdən biri də “Könüllü Qaliblər” proqramıdır. Proqram I və II Qarabağ müharibəsində şərəfli döyüş yolu keçən, hazırda Nazirlik sistemində çalışan əməkdaşları, şəhid ailəsi üzvü olan əməkdaşları əhatə edib.

Proqramın ilk mərhələsində müharibə veteranı olan əməkdaşlar “Könüllü Klubları” layihəsi çərçivəsində iştirakçılara döyüş yollarından bəhs edib, suallarını cavablandırıblar. Növbəti komponentdə isə onlara və şəhid ailəsi üzvləri olan əməkdaşlara  “Könüllü DOST”lar tərəfindən simvolik hədiyyələr təqdim edilib.

Ü.Mehdiyev, E.Hüseynov və digər çıxış edənlər “Könüllü Qaliblər” proqramının əhəmiyyətini vurğulayıb, bu kimi tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində də önəmini qeyd ediblər.

Könüllərin iştirakı ilə tamaşa və “Xudayar təsnifi” təqdim olunub. Daha sonra I Qarabağ müharibəsi şəhidlərinin övladları II Qarabağ müharibəsi şəhidlərinin yeniyetmə övladları qarşısında çıxış edərək, öz uğur hekayələri barədə danışıblar.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi