Asan Aç

Gürcüstan nümayəndə heyəti Azərbaycanın DOST təcrübəsi ilə tanış olub

26 noyabr 2022, 00:10
A+ A-
Gürcüstan nümayəndə heyəti Azərbaycanın DOST təcrübəsi ilə tanış olub

Gürcüstan Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Qeorqiy Tabatadzenin rəhbərlik etdiyi nümayəndə heyəti 1 saylı Bakı DOST Mərkəzində olub.
DOST Mərkəzinin direktoru Çingiz Əliyev qonaqlara xidmət bölmələri, mərkəzdəki Vahid əlaqələndirmə mərkəzi barədə məlumat verib. Qeyd olunub ki, yaradılan sistem ölkəmizdə dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, şəffaf, operativ, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsinə şərait yaradıb.

Daha sonra geniş tərkibdə keçirilən görüşdə qonaqlar üçün DOST konsepsiyası barədə geniş təqdimat nümayiş etdirilib. Agentliyin Məlumatların idarə edilməsi və təhlil departamentinin müdiri Şahin Zülfüqarov 2019-cu ilin may ayından bu vaxta qədər DOST mərkəzlərinə ümumilikdə 1,2 milyona yaxın şəxsin müraciət etdiyi barədə məlumat verib. Qeyd edib ki, mərkəzlərdə sosial müdafiə və sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək və məşğulluq sahələri üzrə 153 xidmət təqdim edilir. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 98,2 faiz təşkil edir.

DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev DOST konsepsiyası və bu konsepsiyanın dövlət sosial xidmətlər sisteminə gətirdiyi mühüm yeniliklər haqqında danışıb. Bundan başqa DOST Agentliyinin fəaliyyət göstərdiyi qısa müddət ərzində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyi və bir sıra mükafatlar qazandığı da diqqətə çatdırılıb.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi