Asan Aç

Rəqəmsal savadlılığın artırılması istiqamətində təlimlərə start verilib

29 noyabr 2022, 10:11
A+ A-
Rəqəmsal savadlılığın artırılması istiqamətində təlimlərə start verilib

Əhalinin rəqəmsal savadlılığının artırılması istiqamətində yeni əməkdaşlığa başlanılıb. Bu məqsədlə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi və Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə təlim keçirilib.

Təlim zamanı DOST Agentliyinin və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin mentorları sosial sahə üzrə elektron dövlət xidmətləri və rəqəmsal bacarıqlar haqqındakı təcrübələrini 50-dən çox gənclə bölüşüblər.

Təlimdə DOST Agentliyinin DOST Xidmətləri departamentinin böyük mütəxəssisi Əşrəf Qurbanov “Sosial sahədə e-xidmətlərin tətbiqi”, həmin departmanetin böyük mütəxəssisi Cavid Abdullayev isə ƏƏSMN-ə aid elektron dövlət xidmətləri ilə bağlı (e-sosial.az, ƏMAS) təqdimatlarla çıxış ediblər. Həmçinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəqəmsal savadlılıq və rəqəmsal transformasiya sahəsində həyata keçirdiyi layihələrdən söz açılıb. İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə peşəkar mütəxəssis bankı yaratmaq istiqamətində 2021-ci ildən həyata keçirilən “Technest” Təqaüd Proqramı haqqında geniş məlumat verilib.

Qeyd edək ki, ilk təlim noyabrın 28-də “Globus Plaza” biznes mərkəzində keçirilib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi