Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.
Satınalmalar və təminat departamentinin müdir müavini İlqar Mehdiyev DOST Agentliyi və DOST mərkəzlərində həyata keçirilmiş inventarizasiya tədbirlərinin yekun nəticələri ilə bağlı hesabat təqdim edib.
Daha sonra Maliyyə və mühasibatlıq departamentinin müdiri Həsən Babayev DOST Agentliyinin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib.
İdarə Heyətinin üzvləri təqdimatlar barədə fikirlərini bildirib, öz təkliflərini veriblər. İclasda həmçinin digər təşkilati və inzibati məsələlərlə bağlı müzakirələr aparılıb.
İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, bu istiqamətdə müvafiq tapşırıqlarını verib.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi