Asan Aç

DOST konsepsiyası MDB məkanında ən yaxşı təcrübələrdən biri kimi təqdim olunub

5 dekabr 2022, 11:16
A+ A-
DOST konsepsiyası MDB məkanında ən yaxşı təcrübələrdən biri kimi təqdim olunub

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrdə əhalinin pensiya təminatının inkişaf məsələlərinə dair görüş keçirilib. 

Tədbir MDB-yə üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə üzrə Məşvərət Şurasının qərarının icrası çərçivəsində təşkil olunub.

Videokonfrans formatında keçirilən görüşdə  MDB-yə üzv ölkələrin dövlət qurumlarının, o cümlədən ictimai və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. 

Əhalinin pensiya təminatının, həmçinin yaşlı vətəndaşların həyat səviyyəsi və keyfiyyətinin davamlı artırılması, aktiv və sağlam uzunömürlülük, nəsillər arasında əlaqələrin möhkəmləndirilməsi və s. mövzularda müzakirələr aparılıb.

Konfransda Azərbaycanın DOST təcrübəsi MDB məkanında ən yaxşı təcrübələrdən biri kimi təqdim olunub.  DOST Agentliyinin ölkəmizdə dövlət sosial xidmətlər sisteminə gətirdiyi yeniliklər və vətəndaş məmnunluğuna imkan verən üstünlükləri barədə məlumat verilib. 

Qeyd olunub ki, DOST konsepsiyası Azərbaycanda məşğulluq, sosial təminat, əlillik, pensiya təminatı, sosial sığorta və s. kimi 153 xidmətin “bir pəncərə”dən, tam şəffaf, çevik, rahatlıq və vətəndaş məmnunluğu prinsipinə uyğun qurulmasına imkan verib. Xidmətlərdən məmnunluq səviyyəsinin 98,2 faiz olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb. 

DOST konsepsiyası MDB məkanında ən yaxşı təcrübələrdən biri kimi təqdim olunub
DOST konsepsiyası MDB məkanında ən yaxşı təcrübələrdən biri kimi təqdim olunub
DOST konsepsiyası MDB məkanında ən yaxşı təcrübələrdən biri kimi təqdim olunub
DOST konsepsiyası MDB məkanında ən yaxşı təcrübələrdən biri kimi təqdim olunub

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi