DOST Agentliyinin “Könüllü DOST” proqramının üzvləri “BiliyimİZ” adlı intellektual turnirdə 2-ci yerə çıxıb. Yarış “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində baş tutub. “Nə? Harada? Nə Zaman?” formatında olan müsabiqədə 20 komanda mübarizə aparıb. “Bir könüllü” komandası turnirin qalibi olub. “Könüllü DOST” komandası 2-ci, “Şuşa Könüllüləri” isə 3-cü yerin sahibi olub.
Mükafatçılara sertifikat və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, “BiliyimİZ” intellektual turniri Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə baş tutub.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi