Asan Aç

DOST Agentliyi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında Anlaşma memorandumu imzalanıb

7 dekabr 2022, 16:00
A+ A-
DOST Agentliyi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında Anlaşma memorandumu imzalanıb

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AZMİU) arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb. Sənədi DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova imzalayıblar.

AZMİU-nun rektoru Gülçöhrə Məmmədova müştərək layihələrin icra edilməsinin qarşılıqlı əməkdaşlığı inkişaf etdirəcəyini bildirib. DOST Agentliyinin qısa zamanda yüksək imic qazandığını deyən rektor son illər ölkədə sosial rifahın yüksəldilməsi, vətəndaş məmnunluğunun artırılması üçün mühüm addımlar atıldığını vurğulayıb.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qeyd edib ki, rəhbərlik etdiyi qurumun əsas məqsədi sosial təminat və məşğulluq sahəsində vətəndaş məmnunluğunun təmin edilməsidir. O, imzalanan memorandumun hər iki qurum üçün müsbət nəticələr verəcəyini qeyd edib.

Memoranduma əsasən, tərəflər qarşılıqlı təcrübə mübadiləsi, birgə proqramların təşkili, tələbələrin dövlət xidmətləri sahəsində bilik və bacarıqlarının formalaşdırılması istiqamətində razılığa gəliblər. Memorandum innovativ təşəbbüslərin həyata keçirilməsini, araşdırma, statistika və təhlillərin aparılmasını və digər məsələlər üzrə birgə fəaliyyətin təşkilini də əhatə edir.

Birgə əməkdaşlıq platformasının hazırlanması, universitetin elmi potensialından istifadə etməklə sosial təminat və dövlət xidmətləri üzrə araşdırmaların aparılmasına dəstək, eləcə də dövlət xidmətləri sahəsində innovativ və yüksək texnologiyalara əsaslanan həll yollarının tapılması ilə bağlı maddələr də memorandumda əksini tapıb.

Razılaşma çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universiteti bakalavr və magistr tələbələrinin müxtəlif könüllü proqramlarında iştirakı təmin ediləcək. Bununla yanaşı, Agentliyin əməkdaşları da universitetin tədris-innovasiya infrastrukturundan yararlanacaq, DOST könüllüləri isə universitetin gənclər üçün təşkil edilən təlim proqramlarında iştirak edəcəklər.

DOST Agentliyi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında Anlaşma memorandumu imzalanıb
DOST Agentliyi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında Anlaşma memorandumu imzalanıb
DOST Agentliyi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında Anlaşma memorandumu imzalanıb
DOST Agentliyi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında Anlaşma memorandumu imzalanıb

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi