DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

14 dekabr 2022, 14:09
A+ A-
DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə “DOST” mərkəzlərinin fəaliyyəti və Agentliyin gündəliyində olan digər məsələlər müzakirə olunub.

İclasda DOST Xidmətləri departamentinin Xidmətlərin təşkili şöbəsinin mütəxəssisi Rəşad Muradov “DOST” mərkəzlərinin 2022-ci ilin noyabr ayı üzrə fəaliyyətinin yekunlarına dair hesabat təqdim edib.

Hesabatla bağlı İdarə Heyətinin üzvləri öz fikirlərini bildiriblər.

İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan məsələlərlə əlaqədar müvafiq bölmələrə tapşırıqlar verib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi