Asan Aç

DOST əməkdaşları evdə xidmət göstərilən vətəndaşı ziyarət ediblər

17 yanvar 2023, 11:02
A+ A-
DOST əməkdaşları evdə xidmət göstərilən vətəndaşı ziyarət ediblər

1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları evdə (səyyar) sosial xidmət göstərilən Əzizə Pirimova və onun əlillik dərəcəsi olan övladı Arzu Pirimovanı ziyarət ediblər. Əməkdaşlarımız 50 yaşı tamam olan Arzu Pirimovanın doğum gününü onunla birlikdə qeyd ediblər və bütün kollektiv adından vətəndaşa ən xoş arzularını çatdırıblar.

Qeyd edək ki, hazırda DOST mərkəzlərinin 63 sosial xidmətçisi tərəfindən, qanunvericiliklə müəyyən edilmiş qaydada, vətəndaşlara evdə (səyyar) sosial xidmət göstərilir.

DOST Mərkəzi əməkdaşlarının evdə (səyyar) sosial xidmət göstərdiyi vətəndaşların sayı 661 nəfərdir.

DOST əməkdaşları evdə xidmət göstərilən vətəndaşı ziyarət ediblər
DOST əməkdaşları evdə xidmət göstərilən vətəndaşı ziyarət ediblər
DOST əməkdaşları evdə xidmət göstərilən vətəndaşı ziyarət ediblər

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi