Asan Aç

DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

1 fevral 2023, 14:01
A+ A-
DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.

İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdir müavini Teymur Hacıyev “İctimaiyyətlə əlaqələr və kommunikasiya proseduru”un sənəd layihəsinin təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim edib.

Maliyyə və mühasibatlıq departamentinin müdiri Həsən Babayev aidiyyati istiqamət üzrə hesabatları təqdim edib və 2023-cü il üçün olan planları açıqlayıb.

Satınalmalar və təminat departamentinin müdir müavini İlqar Mehdiyev DOST Agentliyi və DOST mərkəzlərində həyata keçirilmiş inventarizasiya tədbirlərinin yekun nəticələri ilə bağlı hesabat təqdim edib.

Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, bu istiqamətdə müvafiq tapşırıqlar verib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi