Asan Aç

DOST Agentliyinin İdarə Heyətinin sədri ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

17 fevral 2023, 14:59
A+ A-
DOST Agentliyinin İdarə Heyətinin sədri ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri Fərrux Məhərrəmli və Nərgiz Balakişiyeva ilə görüşüb. Görüşdə DOST Agentliyinin Strateji planlaşdırma, məlumatların idarə edilməsi və təhlil departamentinin müdiri Şahin Zülfüqarov, İnsan resurslarının idarə edilməsi departamentinin müdiri Leyla Hüseynova və 5 saylı Bakı DOST Mərkəzinin direktoru, birinci “Yüksəliş” müsabiqəsinin qalibi Ruslan Mirzəliyev də iştirak edib.

Fərid Məmmədov müsabiqənin qaliblərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. İdarə Heyətinin sədri DOST konsepsiyası, DOST mərkəzlərində əhaliyə göstərilən xidmətlər, əmək, məşğulluq, sosial müdafiə sahələrində son illərdə aparılan ardıcıl islahatlar və qarşıya qoyulan hədəflər barədə məlumat verib.

İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbəsində sosial sahədə yeni bilik və bacarıqlara yiyələnmək istədiklərini, həmçinin ölkəmizin inkişafı naminə bu sahəyə öz töhfələrini verməkdən qürur hissi duyacaqlarını və bunun üçün səylə çalışacaqlarını ifadə ediblər.

Fərid Məmmədov qaliblərin fikir və təkliflərini dinləyib, onların suallarını cavablandırıb.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünü inkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci il 20 dekabr tarixində Sərəncam imzalanıb.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi