Asan Aç

Dünya Bankının missiyasına əmək, məşğulluq, sosial müdafiə sahəsində aparılan islahatlara dair məlumatlar verilib

23 fevral 2023, 18:36
A+ A-
Dünya Bankının missiyasına əmək, məşğulluq, sosial müdafiə sahəsində aparılan islahatlara dair məlumatlar verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının missiyası ilə görüş olub. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə sosial sahədə aparılan islahatların uğurlarını qeyd edib.

Sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində atılan addımlar, sosial sahədə elektronlaşma proqramı, DOST konsepsiyası, əmək münasibətlərinin tənzimlənməsi işləri, aktiv məşğulluq proqramları barədə məlumat verilib. 

Özünüməşğulluq proqramının əhatəsinin genişləndirilməsi sahəsində əldə olunan nailiyyətlər, bu sahədə Dünya Bankı ilə əməkdaşlığın mühüm önəmi qeyd olunub. Nazirliyin Dünya Bankı ilə birgə icra etdiyi  “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsinin icrasına dair təqdimat edilib. Ötən dövr ərzində layihə üzrə 5400-ə yaxın şəxsin öz bizneslərini qurmaları üçün aktivlərlə təmin edildiyi bildirilib.

Görüşdə əmək bazarı proqramlarından, məşğulluq xidmətlərinin çeşidlərinin artırılması və Peşə Hazırlığı Mərkəzləri şəbəkəsinin genişləndirilməsi işləri diqqətə çatdırılıb.

Dünya Bankının nümayəndələri tərəfindən ünvanlı dövlət sosial yardımı proqramının qiymətləndirilməsi ilə bağlı aparılan araşdırmanın nəticələrinə dair təqdimat da edilib.

Aktiv məşğulluq tədbirlərinin icrası və əhatəsinin genişləndirilməsi, peşə və kvalifikasiya standartlarının tətbiqi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının və tələb olunan peşələr üzrə tədrisin əhəmiyyətindən bəhs olunub.

Dünya Bankının missiyasına əmək, məşğulluq, sosial müdafiə sahəsində aparılan islahatlara dair məlumatlar verilib
Dünya Bankının missiyasına əmək, məşğulluq, sosial müdafiə sahəsində aparılan islahatlara dair məlumatlar verilib
Dünya Bankının missiyasına əmək, məşğulluq, sosial müdafiə sahəsində aparılan islahatlara dair məlumatlar verilib
Dünya Bankının missiyasına əmək, məşğulluq, sosial müdafiə sahəsində aparılan islahatlara dair məlumatlar verilib
Dünya Bankının missiyasına əmək, məşğulluq, sosial müdafiə sahəsində aparılan islahatlara dair məlumatlar verilib
Dünya Bankının missiyasına əmək, məşğulluq, sosial müdafiə sahəsində aparılan islahatlara dair məlumatlar verilib

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi