Asan Aç

“Könüllü DOST” proqramına ötən dövrdə 84,1 min müraciət olub, 3,1 min şəxs proqramda iştirak edib

6 mart 2023, 17:31
A+ A-
“Könüllü DOST” proqramına ötən dövrdə 84,1 min müraciət olub, 3,1 min şəxs proqramda iştirak edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin “Könüllü DOST” proqramına bu il daha 6 minə yaxın müraciət olub və proqrama daha 232 nəfər cəlb edilib.

“Könüllü DOST” proqramı "Gənc DOST", "Gümüşü DOST", “Korporativ DOST”, “İnklüziv DOST” və "Distant DOST" altproqramlarından ibarətdir.

DOST könüllüləri DOST mərkəzlərində vətəndaş məmnunluğuna uyğun xidmətlərin göstərilməsində, vətəndaşların qarşılanması, məlumatlandırılması, xidmət pəncərələrinə yönləndirilməsi və s. işlərdə dəstək verirlər.  

DOST Agentliyi və ilk DOST mərkəzi 2019-cu ilin may ayında açılıb. Həmin vaxtdan “Könüllü DOST” proqramına 84,1 min müraciət olub. Proqramda iştirak edənlərin sayı isə 3,1 min nəfər təşkil edib.

“Könüllü DOST” proqramına ötən dövrdə 84,1 min müraciət olub, 3,1 min şəxs proqramda iştirak edib

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi