DOST Agentliyinin "Könüllü DOST" proqramının “Gümüşü DOST" altproqramı çərçivəsində fəaliyyətlərini bitirmiş könüllülər məzun oldular.
Bu münasibətlə keçirilən məzun günündə DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev könüllüləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
“Gümüşü DOST" altproqramının məzunları Tərlan Zülalov və Vera Talışeva çıxış edərək onlara yaradılan şəraitə görə bütün DOST kollektivinə təşəkkür ediblər.
Tədbirdə məzun könüllülərə təşəkkürnamələr təqdim edilib.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi