DOST könüllüləri tənha yaşlıların xidmətində

27 mart 2020, 10:31
A+ A-
DOST könüllüləri tənha yaşlıların xidmətində

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət işçiləri tərəfindən yaşı 65-dən yuxarı olan tənha vətəndaşların evlərində sosial məişət xidmətlərinin göstərilməsində DOST könüllüləri də yaxından iştirak edir.

“Könüllü DOST” proqramının 30 könüllüsü sosial xidmətçilərlə birgə tənha yaşlılara evlərində ehtiyac duyduqları sosial məişət xidmətlərinin göstərilməsində dəstək olurlar.

Bu xidmətlərə ev təsərrüfatı ilə bağlı işlərdə, tənha yaşlılara  əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. köməklik göstərilməsi daxildir. Sosial xidmətçilər kimi, DOST könüllüləri də lazımi qoruyucu vasitələrlə təmin olunublar.

“Könüllü DOST” proqramı bununla ölkəmizdə koronavirus infeksiyasının qarşısının alınması tədbirlərinə, yaşlı insanların infeksiyadan qorunması, ahıllarımıza hörmət və qayğı ilə yanaşılması istiqamətində aparılan işlərə öz dəstəklərini ifadə edirlər.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi