Asan Aç

Nəqliyyat sahəsində əmək münasibətlərinin tənzimlənməsi məsələləri müzakirə edilib

14 mart 2023, 11:39
A+ A-
Nəqliyyat sahəsində əmək münasibətlərinin tənzimlənməsi məsələləri müzakirə edilib

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yanında yaradılmış Qanunvericilik və İdarəetmə üzrə İşçi qrupun növbəti iclası keçirilib. İclasda əmək və əhalinin sosial müdafiəsi, iqtisadiyyat, rəqəmsal inkişaf və nəqliyyat nazirliklərinin nümayəndələri iştirak edib.

İşçi qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində son illər aparılan kompleks işlərin müsbət nəticələri olduğunu bildirib. O, müxtəlif fəaliyyət sahələrində əmək münasibətlərinin tənzimlənməsinə, qeyri-formal məşğulluğa yol verilməsi hallarının qarşısının alınmasına yönələn məqsədyönlü işlərin davam etdiyini diqqətə çatdırıb. 

A.Əliyev, həmçinin rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev çıxışlarında Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının cari ilin 22 fevral tarixində keçirilən iclasında verilmiş tapşırığa uyğun olaraq, nəqliyyat sahəsində də əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsinin önəmli olduğunu vurğulayıblar. Bu sahədə qarşıda duran vəzifələr, nəqliyyat sahəsində ölkəmizdə son illər aparılan işləri və əldə olunan müsbət nəticələr qeyd edilib.  

İclasda avtomobil nəqliyyatında, sərnişin və yükdaşımalar istiqamətində əmək münasibətlərinin tənzimlənməsi məsələləri, o cümlədən bununla bağlı qanunvericilik aktlarının icra vəziyyəti müzakirə olunub

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi