Asan Aç

Əməkdaşlarımız evdə sosial xidmət göstərilən vətəndaşı doğum günü və Novruz bayramı münasibətilə təbrik ediblər

19 mart 2023, 18:51
A+ A-
Əməkdaşlarımız evdə sosial xidmət göstərilən vətəndaşı doğum günü və Novruz bayramı münasibətilə təbrik ediblər

1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları evdə (səyyar) sosial xidmət göstərilən vətəndaşın 85 illik yubileyini onunla birlikdə qeyd ediblər. Solmaz Hacıyevanı evində ziyarət edən DOST əməkdaşları onu Novruz bayramı münasibətilə təbrik edərək Novruz xonçası təqdim ediblər.

Ziyarətdən məmnun qalan Solmaz Hacıyeva ona göstərilən diqqətə görə DOST Agentliyinin rəhbərliyi və bütün əməkdaşlarına təşəkkür edib.

Qeyd edək ki, DOST Agentliyi tərəfindən sosial baxımdan həssas əhali qrupundan olan şəxslər üçün bu cür tədbirlər mütəmadi olaraq təşkil olunur.

Əməkdaşlarımız evdə sosial xidmət göstərilən vətəndaşı doğum günü və Novruz bayramı münasibətilə təbrik ediblər
Əməkdaşlarımız evdə sosial xidmət göstərilən vətəndaşı doğum günü və Novruz bayramı münasibətilə təbrik ediblər
Əməkdaşlarımız evdə sosial xidmət göstərilən vətəndaşı doğum günü və Novruz bayramı münasibətilə təbrik ediblər

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi