Asan Aç

Azərbaycanın DOST modeli Rumıniyada tətbiq oluna bilər

28 aprel 2023, 10:54
A+ A-
Azərbaycanın DOST modeli Rumıniyada tətbiq oluna bilər

Rumıniyada da DOST konsepsiyasının tətbiq olunması məsələsi nəzərdən keçirilir. Bu barədə DOST Agentliyinin fəaliyyəti ilə tanış olan Rumıniyanın Məşğulluq üzrə Milli Agentliyinin prezidenti Florin-Irinel Cotoşman deyib.

F.I.Cotoşmanın rəhbərlik etdiyi nümayəndə heyəti ötən gün DOST Agentliyinin qonağı olub.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST mərkəzlərinin fəaliyyəti barədə nümayəndə heyətinə məlumat verib. DOST konsepsiyasının ölkəmizdə dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsinə şərait yaratdığı vurğulanıb. Qeyd olunub ki, indiyədək 1 milyon 500 mindən çox vətəndaş DOST xidmətlərindən yararlanıb və bu xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsi 98 faizdən yüksəkdir. Agentliyin bir çox beynəlxalq mükafatlarla təltif edildiyi, DOST təcrübəsinin digər ölkələrdə tətbiqinin beynəlxalq qurumlar tərəfindən təşviq olunduğu diqqətə çatdırılıb.

Daha sonra nümayəndə heyəti üçün DOST konsepsiyası barədə təqdimat nümayiş etdirilib. Təqdimatda DOST mərkəzlərində vətəndaşlara sosial müdafiə və sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək və məşğulluq sahələri üzrə göstərilən xidmətlər barədə məlumat verilib.

Görüşdə qurumlar arasında əməkdaşlıq perspektivləri də müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. F.I.Cotoşman DOST konsepsiyasının onlarda böyük marağa səbəb olduğunu və bu təcrübənin Rumıniyada da tətbiqi imkanlarının nəzərdən keçirildiyini qeyd edib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi