DOST Agentliyinin “Könüllü DOST” proqramının təşkilatçılığı ilə autizmli gənclərin cəmiyyətə inteqrasiyasına həsr olunmuş proqram çərçivəsində ilk tədbir həyata keçirilib.
Beynəlxalq Autizm Maarifləndirmə ayı çərçivəsində keçirilən layihənin ilk günündə florist Faiq Məmmədov tərəfindən “Könüllü DOST” proqramının iştirakçıları və autizm sindromlu şəxslərin iştirakı ilə Autizm Mərkəzində floristika üzrə masterklass keçilib. Daha sonra layihə iştirakçıları ilə birgə Autizm Mərkəzinin həyətyanı sahəsinə müxtəlif növ güllər əkilib.
Tədbir könüllülər və autizm sindromlu gənclər tərəfindən səsləndirilən canlı musiqi nömrələri ilə davam etdirilib.
Qeyd edək ki, “Birgə və Sağlam” İctimai Birliyinin və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə keçirilən layihənin əsas məqsədi autizm sindromlu gənclərin cəmiyyətə inteqrasiyasına, o cümlədən, onların asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək olmaqdır.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi