DOST Agentliyinin nümayəndə heyəti Türkiyə İş Qurumu Baş İdarəsində (İŞKUR) olub.
Görüşdə birgə əməkdaşlığa dair müzakirələr aparılıb, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Daha sonra DOST Agentliyinin nümayəndə heyəti İŞKUR-un Çankaya Xidmət Mərkəzini ziyarət edib, iş prosesi ilə yaxından tanış olub.
Qeyd edək ki, görüş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın iclasının Protokolunun çərçivəsində baş tutub.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi