Asan Aç

Autizm sindromlu gənclər üçün ADA Universitetində infotur təşkil olunub

4 may 2023, 14:04
A+ A-
Autizm sindromlu gənclər üçün ADA Universitetində infotur təşkil olunub

“Autizmli gənclərin cəmiyyətə inteqrasiyası” proqramı çərçivəsində autizm sindromlu gənclər üçün ADA Universitetində infotur təşkil olunub. İnfotur iştirakçıları universitetin tarixi, tədris prosesi, uğurları barədə ətraflı məlumat əldə edib, həmçinin burada tələbələr üçün yaradılan şəraitlə tanış olublar.

“Autizmli gənclərin cəmiyyətə inteqrasiyası” proqramı DOST Agentliyinin “Könüllü DOST” proqramının təşkilatçılığı ilə Beynəlxalq Autizm Maarifləndirmə ayı çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, “Birgə və Sağlam” İctimai Birliyinin və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə keçirilən layihənin əsas məqsədi autizm sindromlu gənclərin cəmiyyətə inteqrasiyasına, o cümlədən, onların asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək olmaqdır.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi