Moldovada səfərdə olan DOST Agentliyinin nümayəndə heyətinin üzvləri Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Kişinyov şəhərində yerləşən büstünü ziyarət ediblər. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndərin əziz xatirəsi yad edilib, abidəsinin önünə gül dəstələri düzülüb.
Daha sonra DOST Nümayəndə heyətinin Azərbaycan Respublikasının Moldovadakı Fövqəladə və Səlahiyyətli səfiri Qüdsi Osmanov ilə görüşü də baş tutub.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi