DOST Agentliyində ictimai dinləmə və müzakirə keçiriləcək

19 may 2023, 13:22
A+ A-
DOST Agentliyində ictimai dinləmə və müzakirə keçiriləcək

İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində “Dövlət sosial xidmətlərinin “bir pəncərə”dən təqdim edilməsinə dair maarifləndirmə və elektronlaşdırılmasına ehtiyac yaranan xidmətlər barədə” ictimai dinləmə və müzakirə keçiriləcək.

Tədbirin məqsədi göstərilən xidmətlərin təşkili ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctima Şuranın üzvləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, həmçinin mütəxəssis və ekspertlərin rəylərinin öyrənilməsi, araşdırılması, təhlil edilməsi və qiymətləndirilməsidir.

İctimai müzakirə 31 may 2023-cü il saat 15:00-da DOST Agentliyində (Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 86) keçiriləcək.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi