Asan Aç

Nazir Sahil Babayev Salyan rayonunda vətəndaşları qəbul edəcək

14 iyun 2023, 15:09
A+ A-
Nazir Sahil Babayev Salyan rayonunda vətəndaşları qəbul edəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iyunun 25-də Salyan rayonunda həmin rayonun və Neftçala rayonunun sakinlərini qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 14 - 20 iyun tarixlərində nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi