ƏƏSMN-nin bütün çağrı mərkəzləri vahid platforma altında cəmləşdirilir

14 iyun 2023, 15:09
A+ A-
ƏƏSMN-nin bütün çağrı mərkəzləri vahid platforma altında cəmləşdirilir

ƏƏSMN-nin bütün çağrı mərkəzləri vahid platforma altında cəmləşdirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin (SXA) 116 123 nömrəsinə daxil olan zənglər Çağrı Mərkəzi 142 üzərindən qəbul edilərək cavablandırılacaq.

Bununla bağlı hazırlanmış Tədbirlər Planına əsasən görüləcək işlərə start verilib. İlkin mərhələdə işçilərin tam şəkildə DOST Agentliyinin tələblərinə uyğunluğu nəzərə alınmaqla mərhələli şəkildə işə cəlb edilməsi, eləcə də məlumat mübadiləsinin təşkili həyata keçirilir. İyunun 19-dan etibarən isə 116 123 nömrəsinə daxil olan zənglərin 142 platforması üzərindən qəbul edilməsinə başlanılacaq.

Məqsəd vətəndaş müraciətlərinin cavablandırılması xidmətinin keyfiyyətinin daha da artırılması, müvafiq xidmətlərlə bağlı yalnız bir qısa nömrədən istifadə etməklə müraciət etmələrinə şərait yaradılmasıdır.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər qurumları üzrə fəaliyyət göstərən telefon nömrələrinin də Çağrı Mərkəzi 142-yə inteqrasiyası həyata keçirilir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi