DOST Agentliyinin nümayəndə heyəti “31-ci Avropa Sosial Xidmətlər Konfransı” çərçivəsində təşkil edilən sərgidə iştirak edib. Sərgidə Avropa İttifaqı ölkələri, Birləşmiş Krallıq və Azərbaycan tərəfindən sosial xidmətlər sahəsini əhatə edən 15 layihə və model təqdim olunub.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və Agentliyin DOST Xidmətləri departamentinin müdiri Aygün Musayeva DOST modeli barədə ətraflı məlumat veriblər. “Könullü DOST” proqramı, DOST İndeksi və digər proqramlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, İsveçin Malmö şəhərində keçirilən konfransda 40 ölkədən 670 nümayəndə iştirak edir.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi