DOST Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib

25 iyun 2023, 14:18
A+ A-
DOST Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.

Vətəndaş müraciətləri və sənədlərlə iş departamentinin Vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Şəhla Məmmədli “Kargüzarlıq fəaliyyətinin idarə olunmasına dair Prosedur” və “Vətəndaşların qəbuluna dair tələblər”in təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim edib. İnsan resurslarının idarə edilməsi departamentinin müdiri Leyla Hüseynova “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində işə qəbula dair prosedur”, “İşçilərin şəxsi işinin aparılmasına dair prosedur” və “DOST Agentliyində vətəndaşa birbaşa xidmət göstərən əməkdaşların fəaliyyətinin qiymətləndirilməsinə dair Prosedur”un təsdiq edilməsi ilə bağlı məruzə ilə çıxış edib.

İclasda Maliyyə və mühasibatlıq departamentinin Hesabatlılıq və təhlil şöbəsinin müdiri Ceyhun Yusifov və Satınalmalar və təminat departamentinin Satınalmalar şöbəsinin baş mütəxəssisi Nurlan Namazlı DOST Agentliyinin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesabatlar təqdim ediblər.

Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, bu istiqamətdə müvafiq tapşırıqlar verib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi