DOST Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.
İclasda Daxili nəzarət və audit departamentinin müdiri Natəvan Yusifova “Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin Aparatı və “DOST” mərkəzlərində əməkdaşların icazə və davamiyyətlərinə dair Prosedur”un təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim edib.
DOST Xidmətləri departamentinin Əmək və məşğulluq xidmətlərinin təşkili şöbəsinin mütəxəssisi Rəşad Muradov “DOST” mərkəzlərinin 2023-cü ilin iyun ayı üzrə fəaliyyətlərinin yekunlarına dair hesabatla çıxış edib.
Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, bu istiqamətdə müvafiq tapşırıqlar verib.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi