Asan Aç

"Fərdi İnkişaf" klubu davam edir!

12 iyul 2023, 14:59
A+ A-

"Könüllü Klubları" layihəsi çərçivəsində "Fərdi İnkişaf" klubunda növbəti görüş baş tutub. Bu dəfə bloqer, jurnalist, biznes məsləhətçi, radio və televiziya aparıcısı Ramin Musayev "Könüllü DOST"larımızla görüşüb. Əvvəlcə qonaq 5 saylı Bakı DOST Mərkəzi ilə tanış olub. Daha sonra Ramin Musayev könüllülərə "Karyerada uğurlu olmaq və insan psixologiyası" mövzusunda təlim keçib və onları maraqlandıran sualları cavablandırıb. Görüş qarşılıqlı diskussiya şəklində davam edib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi