“Badam Medical Center” DOST mərkəzlərində “Ödənişsiz göz müayinəsi günləri” aksiyası keçirir. Aksiya DOST mərkəzlərinə müraciət edən bütün vətəndaşlar və mərkəzlərin əməkdaşları üçün nəzərdə tutulub. Müayinələr 4 saylı Bakı DOST mərkəzindən başlayıb. Mərkəzin binasında ən müasir oftalmoloji cihazlar quraşdırılıb. Göz müayinələri peşəkar oftalmoloq-cərrahlar tərəfindən saat 9:00-dan 17:00-dək aparılır. Aksiya ilk gündən vətəndaşlar və əməkdaşlar tərəfindən böyük maraqla qarşılanıb.
DOST mərkəzinə müraciət edən vətəndaşlar könüllülər tərəfindən məlumatlandırılaraq müayinələrin aparıldığı guşəyə yönləndirilir. Vətəndaşlar burada qeydiyyatdan keçdikdən sonra ödənişsiz göz müayinəsindən keçirlər. Gündəlik 100-ə yaxın vətəndaşın göz müayinəsi aparılır, onlara həkimlər tərəfindən müvafiq məsləhətlər verilir, eynək və müalicə üçün reseptlər yazılır. Cərrahi müdaxiləyə ehtiyacı olan vətəndaşlara isə “Badam Medical Center”də icbari tibbi sığorta ilə ödənişsiz əməliyyat oluna biləcəkləri haqqında məlumat verilir, onlara bu barədə bukletlər paylanılır.
Qeyd edək ki, müayinələr qarşıdakı günlərdə də davam edəcək. Aksiyanın növbə ilə bütün DOST mərkəzlərində keçirilməsi nəzərdə tutulur.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi