DOST Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Görüşdə iyul ayı ərzində görülən işlərlə bağlı müzakirələr aparılıb, hesabatlar təqdim olunub.
Hüquq departamentinin müdir müavini Aydan Salıfova “Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin Aparatı və “DOST” mərkəzlərində elektron yazışma Qaydaları”nın yeni redaksiyada təsdiq edilməsi, həmçinin “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Gender bərabərliyi üzrə Tələbləri”nin təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim edib.
İclasda Maliyyə və mühasibatlıq departamentinin Hesabatlılıq və təhlil şöbəsinin müdiri Ceyhun Yusifov və Satınalmalar və təminat departamentinin Satınalmalar şöbəsinin baş mütəxəssisi Nurlan Namazlı DOST Agentliyinin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesabatlar təqdim ediblər.
Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov təqdim olunan hesabatlarla bağlı fikirlərini bildirib, bu istiqamətdə müvafiq tapşırıqlar verib.