Asan Aç

DOST əməkdaşları evdə sosial xidmət göstərilən vətəndaşın doğum gününü qeyd ediblər

1 avqust 2023, 17:48
A+ A-
DOST əməkdaşları evdə sosial xidmət göstərilən vətəndaşın doğum gününü qeyd ediblər

Abşeron DOST Mərkəzinin əməkdaşları evdə (səyyar) sosial xidmət göstərilən vətəndaşın doğum gününü onunla birlikdə qeyd ediblər. 77 yaşı tamam olan Firəngiz Quliyevanı evində ziyarət edən DOST əməkdaşları onu doğum günü münasibətilə təbrik edib, bütün kollektiv adından ən xoş arzularını çatdırıblar.

Ziyarətdən məmnun qalan Firəngiz xanım ona göstərilən diqqətə görə DOST Agentliyinin rəhbərliyi və bütün əməkdaşlara təşəkkür edib.

Firəngiz Quliyevaya 2021-ci ildən etibarən Abşeron DOST Mərkəzi tərəfindən sosial xidmət göstərilir.

Qeyd edək ki, DOST Agentliyi tərəfindən sosial baxımdan həssas əhali qrupundan olan şəxslər üçün bu cür tədbirlər mütəmadi olaraq təşkil olunur.

DOST əməkdaşları evdə sosial xidmət göstərilən vətəndaşın doğum gününü qeyd ediblər
DOST əməkdaşları evdə sosial xidmət göstərilən vətəndaşın doğum gününü qeyd ediblər
DOST əməkdaşları evdə sosial xidmət göstərilən vətəndaşın doğum gününü qeyd ediblər
DOST əməkdaşları evdə sosial xidmət göstərilən vətəndaşın doğum gününü qeyd ediblər

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi