DOST Agentliyinin fəaliyyətə başlamasının 5 illiyi münasibətilə Agentliyin bəzi əməkdaşları təşəkkürnamə ilə təltif olunub.
DOST Agentliyinin inzibati binasında Agentliyin bəzi əməkdaşları ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev və DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədovun görüşü baş tutub.
DOST Agentliyinin qazandığı uğurlara görə əməkdaşlara təşəkkür edən nazir müavini Anar Əliyev qarşıdakı böyükmiqyaslı işlərə də məsuliyyətli yanaşacaqlarına və onlara göstərilən etimadı doğruldacaqlarına inandığını bildirib.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov da çıxışında əməkdaşlara və Agentliyin yarandığı andan verdiyi dəstəyə görə nazir müavini Anar Əliyev təşəkkürünü ifadə edib.
Ardınca nazir müavini Anar Əliyev və Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov əməkdaşları təşəkkürnamələrlə təltif ediblər.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi