Asan Aç

Azərbaycanda sosial xidmətlər sahəsində ilk dəfə keçirilən beynəlxalq konfransın ikinci günü başa çatıb

8 sentyabr 2023, 15:11
A+ A-
Azərbaycanda sosial xidmətlər sahəsində ilk dəfə keçirilən beynəlxalq konfransın ikinci günü başa çatıb

Azərbaycanda sosial xidmətlər sahəsində ilk dəfə olaraq keçirilən “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransın ikinci günü başa çatıb.

Tədbirin ikinci günü Heydər Əliyev Mərkəzində yerli və xarici nümayəndələrin iştirakı ilə panel müzakirələrlə davam edib.

"Xidmətlərin vahid platforma konsepsiyasına inteqrasiyası və əlçatanlığın təmin edilməsi", "Xidmət keyfiyyətinin təmin edilməsində qiymətləndirmə alətlər" və "İR siyasəti vahid platformanın təşkilati inkişafı üçün əhəmiyyətli alət kimi" mövzularında keçirilən panel müzakirələrində yerli və beynəlxalq ekspertlər təmsil etdikləri qurumların təcrübələrini bölüşüb, vahid platforma vasitəsilə sosial xidmətlər sahəsində innovativ yanaşmaların və müasir texnologiyaların tətbiq edilməsi ilə bağlı fikir və təkliflərini səsləndiriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, habelə DOST Agentliyinin yaradılmasının 5 illiyi münasibətilə baş tutan beynəlxalq konfrans öz işini yekunlaşdırıb.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi