Asan Aç

Bolqarıstanla gələcək sosial əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

8 sentyabr 2023, 15:11
A+ A-
Bolqarıstanla gələcək sosial əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının əmək və sosial siyasət nazirinin müavini Desislava Stoyanovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycanda son illər aparılan sosial islahatların nailiyyətləri, DOST konsepsiyası, ölkəmizdə icra olunan sosial müdafiə və aktiv əmək bazarı proqramları barədə məlumat verib. Sosial sahədə elektron xidmətlərin geniş tətbiqi sahəsində əldə olunan uğurları qeyd edib.

Azərbaycan və Bolqarıstan arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğu vurğulanıb. Əlaqələrin əmək, məşğulluq, sosial müdafiə sahələrini də əhatə etdiyi bildirilib. Son illərdə imzalanan əməkdaşlıq sənədlərinin bu əlaqələrin genişlənməsində önəmi diqqətə çatdırılıb.

D.Stoyanova iki ölkənin münasibətlərinin inkişaf etməsindən məmnunluq ifadə edib. Əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını, islahatlar prosesində fəal təcrübə mübadilələrinin qarşılıqlı əhəmiyyətini vurğulayıb.

Görüşdə gələcək sosial əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Bolqarıstanla gələcək sosial əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
Bolqarıstanla gələcək sosial əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
Bolqarıstanla gələcək sosial əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
Bolqarıstanla gələcək sosial əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
Bolqarıstanla gələcək sosial əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
Bolqarıstanla gələcək sosial əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
Bolqarıstanla gələcək sosial əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi