Bu ilin yanvar-avqust aylarında DOST mərkəzləri tərəfindən 460 min vətəndaşa xidmət göstərilib və DOST xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 98 faiz təşkil edib.
Hazırda fəaliyyət göstərən 7 DOST mərkəzində sosial sahələr üzrə 159 xidmət “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ şəkildə təqdim olunur. Ötən dövrdə həmin mərkəzlərdə ümumilikdə 1,7 milyon vətəndaşa xidmət göstərilib.
“Könüllü DOST” proqramına isə son 8 ayda 18,5 min müraciət olub və proqrama daha 1002 nəfər cəlb edilib.