DOST Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Nigar Məmmədova rəhbərlik etdiyi qurumda hazırlanan məhsulların (əl işlərinin) satış qaydaları haqqında sənədi təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim edib.
DOST Xidmətləri departamentinin Xidmətlərin monitorinqi şöbəsinin müdiri Natiq Qaçayev “DOST” mərkəzlərində övladlığagötürmə istiqaməti üzrə müraciətlərin qəbuluna dair prosedurun təsdiq edilməsi, həmçinin “DOST” mərkəzlərində mediasiya xidmətlərinin təşkilinə dair prosedurun təsdiq edilməsi ilə bağlı məruzə ilə çıxış edib.
İnsan resurslarının idarə edilməsi departamentinin müdiri Leyla Hüseynova DOST Agentliyində işçilərin öyrənmə və inkişafının təşkilinə dair prosedurun təsdiq edilməsi ilə bağlı sənəd layihəsini təqdim edib.
Maliyyə və mühasibatlıq departamentinin Təhlil şöbəsinin aparıcı mütəxəssisi Nərminə Kamal, eləcə də Satınalmalar və təminat departamentinin Satınalmalar şöbəsinin baş mütəxəssisi Nurlan Namazlı DOST Agentliyinin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesabatlar təqdim ediblər.
Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, bu istiqamətdə müvafiq tapşırıqlar verib.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi