Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.
Agentliyin SƏTƏM üzrə koordinatoru Qazı Məmmədov Böhran vəziyyətlərinin idarə olunmasına dair prosedurun təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim edib.
Maliyyə və mühasibatlıq departamentinin Uçotun təşkili şöbəsinin müdiri – baş mühasib Arif Ataxanlı Əmək haqqı və bu istiqamətdə olan digər ödənişlərin idarə edilməsinə dair prosedurun təsdiq edilməsi ilə bağlı məruzə ilə çıxış edib.
Vətəndaş müraciətləri və sənədlərlə iş departamentinin Vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Şəhla Məmmədli Daxili sənəd və müraciətlərin idarə olunması prosedurunun yeni redaksiyada təsdiq edilməsi ilə bağlı çıxış edib.
DOST Xidmətləri departamentinin Sosial müdafiə üzrə xidmətlərin təşkili şöbəsinin aparıcı mütəxəssisi Nail Məmmədov “DOST” mərkəzlərinin 2023-cü ilin sentyabr ayı üzrə fəaliyyətlərinin yekunlarına dair məlumatlandırma xarakterli hesabat təqdim edib.
Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, bu istiqamətdə müvafiq tapşırıqlar verib.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi