Asan Aç

Daha bir ölkə Azərbaycanın DOST təcrübəsini tətbiq etməkdə maraqlıdır

19 oktyabr 2023, 18:17
A+ A-
Daha bir ölkə Azərbaycanın DOST təcrübəsini tətbiq etməkdə maraqlıdır

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Özbəkistanda səfərdədir. Səfərin məqsədi Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatların əsas elementi olan DOST konsepsiyasını tanıtmaq, həmçinin bu sahədə özbəkistanlı həmkarlarla təcrübə mübadiləsi aparmaqdır.

Səfər çərçivəsində Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyində görüş keçirilib. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST konsepsiyası, "bir pəncərə" modeli ilə xidmətin təşkili prinsipləri, bu sahədə fəaliyyətin nəticələri və sosial xidmətlər sahəsində əhəmiyyəti barədə məlumat verib. Görüşdə DOST konsepsiyası barədə geniş təqdimat nümayiş etdirilib. Təqdimatda Agentliyin və DOST mərkəzlərinin iş prinsipləri və xidmətlərin göstərilməsi barədə detallı məlumatlar əks olunub.

Görüşdə sosial müdafiə, sosial xidmətlər, habelə bu sahələrdə innovativ həllərin, elektron texnologiyaların tətbiqi və s. üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. İki qurum arasında əməkdaşlıq müstəvisində görüləcək birgə iş və fəaliyyətin əlaqələndirilməsi mexanizmləri müzakirə olunub.

Azərbaycanda sosial sahədə son illərdə əldə olunan uğurlu təcrübənin öyrənilərək tətbiqinə maraq göstərən ölkələrdən biri də Özbəkistandır. Özbəkistan nümayəndə heyəti DOST təcrübəsi, habelə sosial xidmətlərin vahid platformadan və avtomatlaşdırılmış qaydada göstərilməsi sahəsində ölkəmizin təcrübəsinin öyrənilərək tətbiqinə xüsusi önəm verdiklərini diqqətə çatdırıb.

Qeyd edək ki, 17-21 oktyabr tarixlərini əhatə edən səfər çərçivəsində DOST Agentliyinin nümayəndə heyətinin bir sıra görüş və tədbirlərdə iştirakı nəzərdə tutulub.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi