Asan Aç

Çağrı Mərkəzi 142-nin əməkdaşları üçün təlim keçirilib - FOTO

30 oktyabr 2023, 15:11
A+ A-
Çağrı Mərkəzi 142-nin əməkdaşları üçün təlim keçirilib - FOTO

DOST Çağrı Mərkəzi 142-nin əməkdaşları üçün “Liderlik bacarıqlarının inkişafı” mövzusunda təlim keçirilib. Çağrı Mərkəzi 142-nin direktor müavini Fariz Hacızadə və 4 saylı Bakı DOST Mərkəzinin sosial-psixoloji xidmətlər üzrə mütəxəssisi Mətanət Əliyeva tərəfindən keçirilən təlimdə komandanın idarə edilməsi üzrə vərdişlərin artırılması və bunun nəticəsində səmərəliliyin yüksəlməsinə nail olmaq prinsipləri müzakirə olunub.

Təlimdə, həmçinin liderlik xüsusiyyətlərinin inkişafı, komandada işləmə üsulları, effektivliyin artırılması, emosional intellektin inkişafı, resurslardan düzgün istifadə və s. mövzulara toxunulub.

Sonda iştirakçılarla müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, DOST Agentliyində mütəmadi olaraq müxtəlif təlimlər keçirilir. Məqsəd əməkdaşların təlim ehtiyaclarının qarşılanması, həmçinin onların bilik və bacarıqlarının artırılmasıdır.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi