Asan Aç

Qarabağ Regional DOST Mərkəzində rekord göstərici

2 noyabr 2023, 10:46
A+ A-
Qarabağ Regional DOST Mərkəzində rekord göstərici

Qarabağ Regional DOST Mərkəzində rekord sayda vətəndaş müraciəti qeydə alınıb. Noyabrın 1-də mərkəzə gün ərzində ümumilikdə 455 nəfər vətəndaş müraciət edib. Bu göstərici Qarabağ Regional DOST Mərkəzinin fəaliyyətə başladığı dövrdən bu günə qədər qeydə alınan ən yüksək nəticədir.

Müraciətlər, əsasən məşğulluq (53,63%), sosial müdafiə (27,91%), funksional yardımçı xidmətlər (5,27%), vahid əlaqələndirmə mərkəzləri (5,71%), əlillik (2,64%) və digər xidmətlərlə bağlı olub.

Qeyd edək ki, Qarabağ Regional DOST Mərkəzi cari ilin 7 avqust tarixində Prezident İlham Əliyevin iştirakı ilə açılıb. Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Xocalı, Şuşa, Xankəndi və Xocavənd rayon sakinlərinə xidmət edən mərkəzdə indiyədək 9 mindən çox vətəndaşa xidmət göstərilib. Xidmətlərdən yararlanan vətəndaşların məmnunluq səviyyəsi 98,9 faizdir.

Hazırda ölkə üzrə 7 DOST Mərkəzi, həmçinin Zəngilan rayonunun Ağalı kəndində Smart DOST məntəqəsi fəaliyyət göstərir. Bu mərkəzlərdə indiyədək 1,8 milyondan çox vətəndaşa xidmət göstərilib. Mərkəzlər üzrə orta gözləmə müddəti 7 dəqiqə 5 saniyə, xidmət müddəti isə 3 dəqiqə 10 saniyə olub. DOST xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 98,1 faiz təşkil edib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi